Azərbaycan - Türkiyə Qardaşlıq Forumu Bakıda Gerçəkləşdi
Azərbaycan - Türkiyə Qardaşlıq Forumu Bakıda Gerçəkləşdi
Azərbaycan - Türkiyə Qardaşlıq Forumu çərçivəsində Üsküdar Universitetinin nümayəndə heyəti, qurucu rektor prof. dr. Nevzat Tarhanın rəhbərliyi ilə Bakıda bir sıra mühüm görüşlər keçirdi. Forumdan öncə Üsküdar Universitetinin Bakı Nümayəndəliyində keçirilən iclasda iki ölkə arasında təhsil və səhiyyə sahəsində inkişaf etdirilə biləcək əməkdaşlıqlar müzakirə olundu.
İclasda xüsusilə “Təhsildə Pozitiv Psixologiya” yanaşmasına diqqət yetirildi. Pozitiv psixologiya yalnız akademik nailiyyətə deyil, eyni zamanda tələbələrin emosional və psixoloji rifahına dəstək verən, tarazlığı və hərtərəfli inkişafı hədəfləyən müasir təhsil modeli kimi qiymətləndirildi. Forum çərçivəsində azərbaycanlı müəllimlərlə “Təhsildə Pozitiv Psixologiya” mövzusunda sessiya keçirildi. İştirakçılar sinifdaxili ünsiyyət, tələbələrin motivasiyası və psixoloji davamlılıq mövzularında yeni baxış bucaqları qazanmaq imkanı əldə etdilər.
Üsküdar Universitetinin qurucu rektoru prof. dr. Nevzat Tarhan tədbir zamanı Azərbaycanın aparıcı media kanallarından Doğma ATV və ARB-yə müsahibə verdi. Prof. Tarhan həmçinin Bakıya səfəri çərçivəsində Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizə rəhmət dilədi.
Tədbir, Üsküdar Universitetinin Azərbaycan Nümayəndəliyinə göstərilən diqqət və dəstəyin vurğulanması ilə yekunlaşdı. İştirakçılar prof. dr. Nevzat Tarhana dəyərli töhfələrinə görə təşəkkür edərək, hocamızın imzalı kitabını almaqdan məmnunluqlarını ifadə etdilər.

